top
“Baku TV”yə “Arzunun vaxtı” proqramı ilə bağlı xəbərdarlıq olunub - SƏBƏB
01 fevral 2024, 06:35
- ↺ +

“Baku TV”yə “Arzunun vaxtı” proqramı ilə bağlı xəbərdarlıq olunub - SƏBƏB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Baku TV”yə “Arzunun vaxtı” proqramı ilə bağlı xəbərdarlıq olunub. Bu barədə 1 fevral tarixində Audiovizual Şura məlumat yayıb.

Audiovizual Şuranın onlayn iclasında bildirilib ki, "Baku TV" kanalının efirində yayımlanan “Arzunun vaxtı” proqramının 29 yanvar 2024-cü il tarixli buraxılışı 16 yaşlı yeniyetmə qız və 32 yaşlı fiziki əlilliyi olduğu bildirilən gəncin evlənməsinə həsr olunmuş, onlardan müsahibə alınmışdır. Məlum olmuşdur ki, həmin yeniyetmə qız və gənc oğlan artıq bir neçə müddətdir ki, öz istəkləri ilə birgə ər-arvad münasibətlərində yaşayır və yaxın zamanlarda (qızın 17 yaşı tamam olanda) nikah bağlamalarını nəzərdə tuturlar.

Proqram zamanı onun aparıcısının bir neçə dəfə 18 yaşına çatmamış şəxsin qeyri-nikah əlaqələrində olaraq digər şəxslə birgə yaşama faktını pisləyən mesajlar verməsinə baxmayaraq, verilən suallar, həmin suallara cavablar, bu əməli etmiş şəxslər üçün yardım toplanması kampaniyasının keçirilməsi halı, əslində erkən nikahın əks-təbliği üçün nəzərdə tutulan proqramı faktiki olaraq, həmin erkən nikahın təbliğinə yol açan vasitəyə çevirmişdir.

Qeyd olunub ki, müsahibə zamanı aparıcı və müsahiblər arasında dialoqlarda səsləndirilən fikirlər "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.2-ci maddəsində öz əksini tapmış "cəmiyyət əleyhinə və hüquqazid hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya", eyni zamanda həmin Qanunun 4.2.4-cü maddəsində nəzərdə tutulmuş "ailə institutunu nüfuzdan salan informasiya" olmaqla uşaqlar arasında dovriyyəsi qadağan edilən informasiyaya aid oluna bilər.

Audiovizual Şura tərəfindən bildirilib ki, proqramda işıqlandırılan hadisə və mövzu birtərəfli və natamam şərh olunmuş, bir sıra qanunvericilik tələbləri pozulmuşdur. "Baku TV" kanalının efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri yayımçıya yalnız xəbərdarlıq edilməsini dəstəkləmiş, ümumən bütün media nümayəndələrinə belə həssas hadisələrin müzakirəsi zamanı daha peşəkar olmalarını, müvafiq dövlət qurumları ilə kommunikasiya yaradaraq hadisəni daha dolğun işıqlandırmalarını, ümumən qanunvericiliyin tələblərini və ümumi qəbul olunmuş ictimai normaları əsas tutmalarını tövsiyə etmişlər.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər