Balakəndə 7 kəndin bələdiyyə sədrləri barəsində protokollar tərtib edilib. Bu barədə 30 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayonun Gərəkli, Kortala, İtitala,Tülü, Talalar, Mahamalar və Püştətala kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.
Aşkar olunmuş faktlarla bağlı adları qeyd olunan kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin “sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi” maddəsi ilə protokol tərtib olunub.