Balakəndə avtomobilin yanması nəticəsində sürücü yanaraq ölüb. Bu barədə 19 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə Balakən rayonunun Tülü kəndi ərazisində qeydə alınıb.
35 yaşlı kənd sakini Aruz Dinavasovun idarə etdiyi “Daewoo” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq ağaca çarpılıb.
Hadisə nəticəsində avtomobildə yanğın baş verib və Arus Dinavasov avtomobildə yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.