Balakəndə evdən kişi meyiti tapılıb. Bu barədə 9 noyabr tarixində APA məlumat verib.
Hadisə rayonun Qullar kəndində baş verib. 1975-ci il təvəllüdlü kənd sakini Əfqan Muxtar oğlu Motuxovun meyiti yaşadığı evdə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.