Türkiyədə müalicə olunan və bir müddət öncə ölüm xəbəri yayılan Əməkdar incəsənət xadimi Cavanşir Quliyev əməliyyat olunub. Bu barədə İnsanoid Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinə istinadən bu gün, 13 fevral tarixində xəbər verir.
Əməkdar incəsənət xadimi bəstəkar Cavanşir Quliyev İstanbulda müalicə aldığı xəstəxanada əməliyyat olunub.
Şöbənin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında bildirib ki, artıq əməliyyat başa çatıb:
“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”.