Belçikanın paytaxtı Brüsseldə və Brabant əyalətində 27 məktəb terror təhlükəsi səbəbindən bağlanıb. Bu barədə 27 noyabr tarixində Report “Reuters”ə istinadən məlumat verib.
Noyabrın 26-da axşam saatlarında bir neçə təhsil müəssisəsinə partlayışla bağlı təhdidlər barədə məlumatlar daxil olub. Bu səbəbdən ehtiyat tədbiri olaraq noyabrın 27-də bu məktəblərdə dərslər və şagird qəbulu dayandırılıb.
Bəzi binalar artıq yoxlanılıb.