Binəqədi rayonunda yanğın baş verib. Bu barədə 16 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Binəqədi rayonunda ümumi sahəsi 250 kvadratmetr olan 12 otaqlı tikilinin 2 otağının tavanı 10 kvadratmetr sahədə, bitişik sahəsi 25 kvadratmetr olan talvarın yanar konstruksiyaları və altına yığılan taxta tullantıları yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.