Binəqədidə avqust ayında narkotikə görə ümumilikdə 82 nəfər saxlanılıb. Bu barədə 5 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən ay narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər zamanı ümumilikdə 82 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən 30 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Onlardan bəziləri əvvəllər narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunublar.
Saxlanılanların bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırma aparılır.