“Black Friday”də (Qara cümə) məşhur brendlərin saytları yüklənib. Bu barədə İnsanoid bu gün, 24 noyabr tarixində xəbər verir.
Noyabr ayının son cümə günündə dünya brendləri də 50 faizdən çox endirim edərək il ərzində satış rekordunu qırmağı bacarır. Onlayn satışın üstünlük təşkil etdiyi dövrdə satıcı şirkətlərin saytları da yüklənir. Bəzi alıcılar belə günlərdə hətta satışı tam olaraq həyata keçirə bilmirlər.
Belə ki, onların səbətə atdıqları məhsul saniyələr ərzində satıldığına görə həmin prosesi sonlandırmaq mümkün olmur.
“Qara Cümə” kimi tərcümə edilən Amerika mənşəli “Black Friday” adəti artıq son illərdə ölkəmizdə də olduqca populyarlaşan və insanların səbirsizliklə gözlədiyi hadisədir.
Amerikada “Şükran Günü”ndən sonrakı ilk cümə günü məhz belə adlanırdı. 1932-ci ildən bəri insanlar həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər. Bu gündə mağazalar insanlara qapılarını çox erkən açar və gec saatda bağlayar, həmçinin gözlənilməyən endirimlər həyata keçirərlər.
[caption id="attachment_139111" align="alignnone" width="696"]
Foto Adidas.com[/caption]