ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. Bu barədə İnsanoid ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
ABŞ rəsmisi səfər çərçivəsində İordan çayının qərb sahilinə getməyi və Fələstin rəsmiləri ilə görüşməyi planlaşdırır.
Bildirilib ki, Blinken bütün girovların azad edilməsi və Qəzzaya humanitar yardımın çatdırılmasını sürətləndirmək üçün gələcək addımları müzakirə edəcək.
While in Israel and the West Bank, @SecBlinken will meet with Israeli and Palestinian Authority leadership to discuss continued efforts to secure the release of all remaining hostages and accelerate the delivery of humanitarian assistance into Gaza. pic.twitter.com/7U9Q0tStUE
— Matthew Miller (@StateDeptSpox) November 30, 2023