ABŞ-nin dövlət katibi Antoni Blinken İsrailə səfər edib. Bu barədə İnsanoid bu gün, 12 oktyabr tarixində xəbər verir.
"Biz bu gün də, sabah da İsraili dəstəkləyəcəyik”.
Bunu ABŞ-nin dövlət katibi Antoni Blinken İsrailə səfərə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O, İsrailə ABŞ Prezidenti və xalqı adından çox sadə və aydın bir mesajla getdiyini söyləyib: "İsrail xalqının dayağı var. İsrail xalqı bizi dəstəkləyir. Biz bu gün də, sabah da İsraili dəstəkləyəcəyik”.
A.Blinken bildirib ki, ABŞ İsrailin özünü müdafiə etməsi üçün bütün vasitələrə malik olmasını təmin etməkdə qərarlıdır: "Girovların, o cümlədən ABŞ vətəndaşlarının yerini müəyyən etmək üçün israilli həmkarlarımla işləyəcəyəm və onların azad edilməsi üçün çalışacağam".
İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ dövlət katibi Antoni Blinkenin Təl-Əvivdə təkbətək görüşündən sonra birgə mətbuat konfransı olub.
Konfrans zamanı Benyamin Netanyahu İsrailə dəstəyə görə ABŞ-yə təşəkkür edib:
“Prezident Baydenə və Amerika xalqına HƏMAS-yə qarşı müharibəmizdə İsrailə verdiyi inanılmaz dəstəyə görə təşəkkür edirəm. Bu səfər Amerikanın İsrailə birmənalı dəstəyinin daha bir nümunəsidir”.