ABŞ dövlət katibi Antoni Blinken Təl-Əvivdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə İnsanoid “The Times of İsrail” nəşrinə istinadən bu gün, 9 yanvar tarixində məlumat verir.
Onlar Qəzzadakı son durumu və ABŞ-nin İsrailə dəstəyini müzakirə ediblər.
Qeyd edək ki, A.Blinken İsraildə səfərdədir. O daha əvvəl Prezident İsxak Hersoqla görüşüb.