Qəzza zolağında məcburi köçkünlərin sayı 600 minə çatıb. Bu barədə 16 oktyabr tarixində APA BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinə istinadən məlumat verib.
“Cümə günü İsrailin təxliyə əmrindən sonra əhalinin Qəzza zolağının şimalından cənubuna kütləvi axını davam etdi. Şənbə günü axşam saatlarına olan məlumata görə, təxminən 600 000 məcburi köçkün Qəzzanın mərkəzi və cənubunda sığınacaq tapıb və onların yaşayış şəraiti pisləşir”, - bəyanatda deyilir.
Qeyd edilib ki, şənbə günündən bəri onların sayı “əhəmiyyətli dərəcədə artıb”.