top
Bol informasiya şəraitində özümüzə lazım olanı necə tapaq? – EKSPERTLƏRDƏN AÇIQLAMA
21 yanvar 2025, 05:58
- +

Bol informasiya şəraitində özümüzə lazım olanı necə tapaq? – EKSPERTLƏRDƏN AÇIQLAMA

Sosial şəbəkələr günü-gündən aktuallaşır. Əvvəllər axtarış proqramlarından istifadə edilirdisə, indi hansısa sosial platformadan istifadə olunur. Amma təəssüf ki, yayılan yanlış məlumatlara görə, əldə etdiyimiz məlumatların da düzgünlüyünə tam inana bilmirik.

Məsələn, xarici dil kursları barədə çoxlu sayda səhifələr, qruplar mövcuddur. Lakin hansının yaxşı olduğuna qərara vermək bir qədər çətin olur. Bir növ məlumat bolluğu içərisində informasiya “aclığı” yaşayırıq.

Ümumiyyətlə, maraqlıdır, bu strategiyanın marketinq tərəfi necədir, hansı şəkildə tənzimlənməlidir? İnsanların axtardıqlarını düzgün tapmaları üçün marketinq siyasəti necə olmalıdır? Bu qədər informasiyaya ehtiyac varmı? İnsanlar məlumat bolluğu şəraitində informasiya “aclığı” necə yaşayırlar?

Mövzu ilə bağlı açıqlama verən marketoloq Azad Heydərov Bakuplus.aza açıqlamasında bildirib ki, hazırda rəqəmsal marketinq fəaliyyəti əvvəlki dövrlərə nisbətən çox inkişaf edib:

“Bunu biz sosial mediadan da müşahidə edə bilirik. Hazırda böyükdən kiçiyə hər bir sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər öz biznesini tanıtmaq üçün sosial medianın gücündən istifadə edir. Bu anlaşılandır, çünki siz sosial media üzərindən çox yüksək xərclər çəkmədən çoxlu sayda insanların qarşısına çıxa və brendinizi tanıda bilərsiniz. Bu da öz növbəsində sizin biznesinizi və marka imicinizi bazarda inkişaf etdirəcək.

Digər tərəfdən, sosial şəbəkələrdə olan informasiya bolluğu həqiqətən də istifadəçiləri çaşdıra və düzgün qərar verməyi çətinləşdirə bilər. Bu problemin həlli üçün marketinq strategiyaları bir neçə əsas istiqamətdə qurulmalıdır”.

A.Heydərov qeyd edib ki, brendlər özlərini etibarlı mənbə kimi təqdim etməlidirlər:

“Məsələn, xarici dil kursları təklif edən səhifələr sertifikatlarını, müəllim heyətini və nəticələrini aydın şəkildə göstərməlidir. Əlavə olaraq, biz müştəri qismində bazarda istifadə edəcəyimiz hər hansı bir xidmət və ya məhsulları müştəri rəyləri, referansları əsasında qiymətləndirərək qərar qəbul etməliyik. Faydalı məzmun bir insanın ehtiyaclarını və ya maraqlarını qarşılamağa, suallarına cavab verməyə, problemlərini həll etməyə kömək edən məzmundur. Bu cür məzmun yalnız məlumat təqdim etməklə kifayətlənmir, həm də dəyər yaradır və istifadəçiyə fayda verir.

Misal üçün: faydalı resurslar, məsləhətlər, dərs videoları, təlimlər, endirimlər və s. ola bilər. Yaxud, xarici dil öyrənən biri üçün “İngilis dilində tez-tez istifadə olunan ifadələr” başlıqlı bir yazı faydalı ola bilər. Reklam kampaniyalarında düzgün hədəf və kütlə seçilməlidir. Məsələn, xarici dil kurslarını reklam edərkən tələbələr, xaricə təhsilə maraq göstərənlər, peşəkarlar və xarici dilə marağı olan fərdlər xüsusi diqqətə alınmalıdır. Bunun üçün peşəkar dəstək alına bilər, yaxud fərdi şəkildə platformanın verdiyi imkanlardan istifadə edərək düzgün hədəf kütləsinə xitab edilərək reklamlara çıxılmalıdır”.

Marketoloq bildirib ki, sosial mediada izləyicilərlə müntəzəm və səmimi ünsiyyət qurmaq, onların suallarına cavab və rəylərinə dəyər vermək etibarın formalaşmasında mühüm rol oynayır:

“Mənfi rəylərin silinməsi, həqiqəti əks etdirməyən qeyri-səmimi şərhlər etibarlılığın azalmasına səbəb ola bilər. Müştəri rəyləri, uğur hekayələri və real nümunələr paylaşaraq, potensial müştərilərin brendə olan güvənini artırmaq mümkündür. Bu müsbət geridönüşlər gətirə bilər.

İstifadəçi olaraq bizim öhdəmizə düşən hər hansı məhsul və xidməti istifadə etmədən öncə detallı şəkildə axtarış etmək lazımdır. Sosial media hesablarında olan həddən artıq müsbət və neqativ rəylərin doğruluğuna əmin olmaq və bu cür rəylərə ehtiyatla yanaşmaq lazımdır. Yalnız bir mənbəyə baxaraq qərar verməyib, müxtəlif mənbələrdən, platformalardan şirkət, məhsul və ya xidmət haqqında məlumatlar toplanılmalıdır. Həddindən artıq ucuz qiymətlər ilə çox yaxşı görünən təkliflər və çoxlu xidmətlərin əhatə edildiyi kampaniyalara etibar etməyin. Ola bilər ki, siz X şirkətin təklif etdiyi eyni xidməti Y şirkətindən daha ucuz qiymətə alacaqsınız, amma eyni keyfiyyətdə olacağı şübhə altındadır. Sizin edəcəyiniz 20-30 % maddi qənaət alacağınız keyfiyyətsiz xidmət ilə yekunlaşa bilər”.

“Həmçinin sosial media hesablarının neçə müddətdir aktiv olduğunu, izləyici sayını, real izləyicilər olub-olmamasını analiz edin. Real izləyiciləri olmayan və yalnız reklam paylaşımları ilə dolu hesablara etibar etməyin. Ödəniş edilən platformanın təhlükəsiz olduğundan əmin olun.

Sosial mediada doğru məlumat tapmaq və etibarlı seçimlər etmək üçün müştərilər müstəqil araşdırma etməli, fərqli mənbələrdən məlumat toplamalı və yalnız doğruluğu təsdiqlənmiş hesab və saytlarla əlaqə qurmalıdırlar. Etibarlı məlumat və düzgün qərar verməklə, müştərilər sosial mediada daha güvənli və məlumatlı alış-veriş edə bilərlər”, – deyə A.Heydərov fikrini tamamlayıb.

Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, bu gün sosial mediada, mətbu orqanlarında informasiya bolluğu içərisində etibarlı informasiya qıtlığı yaşanır:

“Bu da ondan irəli gəlir ki, sosial mediada ictimai rəyə təsir etmək üçün bəzi kütləvi informasiya vasitələri və mənbələri var ki, onlar məhz bilərəkdən, informasiyaları subyektiv şəkildə ratifikasiya edərək auditoriyaya ötürür. Belə şəraitdə də etibarlı və düzgün informasiyaya əlçatanlıq çətinləşir. İnformasiya bolluğu təsəvvürü yaranır. Ancaq əfsuslar olsun ki, belə informasiya bolluğunda etibarlı informasiya tapmaq çətindir. Bəzən məqsədli şəkildə informasiyalar ötürülür. Bu gün mətbuatda informasiya kirliliyi var. Təmizlənməlidir. Bu, çox böyük vaxt tələb edəcək. Buna görə də inamsızlıq yaranır”.

Ü.Şəfiyev qeyd edib ki, informasiyada özümüzə inamı qaytarmaq istəyiriksə, etibarlığını təmin etməliyik:

“İnamı geri qaytarmalıyıq. Bəzən sırf baxış sayına görə də informasiya tirajlayırlar. Bunun neqativ tərəfləri daha çoxdur. Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə kirli informasiyalar psixologiyası yerinə oturmamış uşaqlara pis təsir göstərir. Hətta davranış pozuntularına belə gətirib çıxara bilər. İnsanların da bir-birinə güvəni azalır, psixoloji durumu pozulur, sağlamlığına təsir göstərir. Lakin oxucuları və izləyiciləri də aldatmaq düzgün deyil”.

Nəzrin Vahid

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:19

Müəllimlərin maaş artımı üçün şans: yenidən imtahan keçiriləcək

Bütün Xəbərlər
Bu gün, 14:42

Prezident tərəfindən vəzifə verilən Osman Xaliyev kimdir - DOSYE

Bütün Xəbərlər
Bu gün, 14:29

Prezidentin vəzifədən kənarlaşdırdığı Fəxri Kazımov kimdir? - DOSYE

Bütün Xəbərlər
Bu gün, 14:28

İpoteka və Kredit Zəmanət Fondunun sədri dəyişib - SƏRƏNCAM

Bütün Xəbərlər
Bu gün, 13:29

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
Bu gün, 13:18

Misir Mərdanov: "Müəllimlərin vahid forma geyinməsinə nail ola bilsək, çox yaxşı olar"

Bütün Xəbərlər
Bu gün, 12:39

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
Bu gün, 10:21

Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək

Bütün Xəbərlər
Bu gün, 09:06

Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
05 sentyabr 2026, 17:12

"İstisu"da su kəsilməyib – görüntülər həqiqəti ortaya qoyur - VİDEO

Bütün Xəbərlər
05 sentyabr 2026, 14:03

Bazar günü yağış yağacaq - PROQNOZ

Bütün Xəbərlər
05 sentyabr 2026, 13:46

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

Bütün Xəbərlər
05 sentyabr 2026, 12:18

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - YENİLƏNİB

Bütün Xəbərlər
04 sentyabr 2026, 17:34

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bütün Xəbərlər
04 sentyabr 2026, 15:12

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Bütün Xəbərlər
04 sentyabr 2026, 13:39

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Bütün Xəbərlər
04 sentyabr 2026, 13:00

Şənbə günü 35 dərəcə isti olacaq

Bütün Xəbərlər
04 sentyabr 2026, 09:12

Prezident İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddətli vəzifədə olması münasibəti ilə təbrik edib

Bütün Xəbərlər
03 sentyabr 2026, 17:54

Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

Bütün Xəbərlər
03 sentyabr 2026, 16:59

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb

Bütün Xəbərlər
03 sentyabr 2026, 16:33

"Mançester Yunayted" – "Sabah" matçına ən ucuz biletin qiyməti açıqlandı

Bütün Xəbərlər
03 sentyabr 2026, 15:16

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı bilinib

Bütün Xəbərlər
03 sentyabr 2026, 15:11

"Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

Bütün Xəbərlər
03 sentyabr 2026, 14:33

Direktor vəzifəsini itirdi, məktəbin tualetini dağıtdı - İDDİA

Oxşar xəbərlər