Böyük Britaniyanın baş naziri Rişi Sunak israilli həmkarı Benyamin Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gəlib. Bu barədə İnsanoid xarici KİV-lərə istinadən bu gün, 19 oktyabr tarixində xəbər verir.
İsrailin Qəzzada HƏMAS-yə qarşı əks-hücumunun artması ilə bağlı Sunak ölkəyə səfər edib.
"Hər şeydən əvvəl, mən İsrail xalqı ilə həmrəyliyimi ifadə etmək üçün buradayam. Siz ağlasığmaz, dəhşətli terror aktına məruz qaldınız və bilmənizi istəyirəm ki, Böyük Britaniya və mən sizinləyik", - Sunak təyyarədən enəndən sonra İsrail jurnalistlərinə deyib.
Sunakın İsraildən sonra digər ölkələrə də səfəri gözlənilir.