Bruno Mars bütün musiqi avadanlığını Təl-Əvivdə qoyduğu üçün konsertini ləğv edib. Bu barədə İnsanoid xarici KİV-lərə istinadən bu gün, 10 oktyabr tarixində xəbər verir.
Oktyabrın 7-də amerikalı müğənni Bruno Marsın Təl-Əvivdə çıxışı nəzərdə tutulurdu. Lakin HƏMAS və İslami Cihad silahlılarının İsrailin cənubunu zəbt etməsi səbəbindən o, 60 nəfərl bütün avadanlıqları Təl-Əvivdə qoyaraq,60 nəfərlik komandası ilə birlikdə tələsik ölkəni tərk edib.
Sənətçinin oktyabrın 8-də Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılan konserti qeyd olunan səbəbə görə ləğv edilib.