Dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun anadan olmasından 100 il ötür.
Daim prinsipiallığı, obyektivliyi ilə seçilən referi 1965-ci ildə beynəlxalq dərəcəli hakim adını alıb. FİFA həmyerlimizi “Qızıl fit”lə mükafatlandırıb.
Britaniya kraliçası II Yelizaveta isə Tofiq Bəhramova “Qızıl ilahə”nin surətini bağışlayıb. Onun “Kənddə futbol”, “Futbola sevgi”, “Hakim mərkəzi göstərir”, “1001 matç” kitabları indi də futbolsevərlər tərəfindən böyük maraqla oxunur.