2022-ci ilin ilk üç ayında 440 yanğın hadisəsi baş verib. Nəticədə 22 nəfər həlak olub, 56 nəfər xəsarət alıb. Bu barədə aprelin 19-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Ötən illə müqayisədə yanğından həlak olanların sayı 69%, xəsarət alanların sayı 12% artıb.
Eyni zamanda, cari ilin birinci rübündə 15 partlayış hadisəsi qeydə alınıb. 2021-ci illə müqayisədə bu göstərici 25% azalıb. Partlayışlar zamanı 1 nəfər həlak olub, 14 nəfər xəsarət alıb.