Cari ilin yanvar-oktyabr ayları ərzində 44 643 nikah və 17 988 boşanma halı qeydə alınıb.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 15 dekabr tarixli hesabatında əks olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.