Cari ilin I rübündə uşaqlara ən çox qoyulan adlar bilinib. Bu haqda aprelin 21-də Ədliyyə Nazirliyindən APA-ya məlumat verilib.
Oğlanlar arasında ən məşhur adlar Uğur, Hüseyn, Əli, Yusif və Məhəmməddir. Doğulan qız körpələrinə isə Zəhra, Zeynəb, Aylin, Məryəm və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.