Paytaxtın Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 29 may tarixində xəbər verir.
Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Əfqan Əhmədov saxlanılıb.
"Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb. Araşdırmalar aparılır", - məlumatda qeyd olunub.