Cəlilabadda azyaşlının elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı araşdırılır. Bu barədə İnsanoid Baş Prokurorluğa istinadən bu gün, 24 may tarixində xəbər verir.
Mayın 23-də Cəlilabad rayonunun Günəşli kəndi ərazisində 2013-cü il təvəllüdlü Zəhra Niftiyevanın çıxdığı ağacın yaxınlığından keçən elektrik naqilinə toxunması nəticəsində yıxılaraq ölməsi faktı üzrə Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.