Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Bu barədə Report 4 yanvar tarixində xəbər verib.
Rayonun Günəşli kəndində bir ailənin üç üzvü - 26 yaşlı S.Zeynalova, 65 yaşlı İ.Zeynalov və 61 yaşlı X.Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətiriliblər.
Onlar qəbul etdikləri qidadan zəhərləniblər.
Ailə üzvlərindən ikisi ambulator müalicə üçün evə yazılıb. Bir nəfərin isə müalicəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.