Cəlilabad rayonunda kişi baltalanıb. Bu haqda aprelin 28-də Report-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
İnsident dünən Qarazəncir kəndində baş verib. Əvvəllər məhkum olunmuş şəxs münaqişə zəminində həmkəndlisinin baş və bel nahiyələrinə balta ilə xəsarət yetirib.
Keçirilən əməliyyat zamanı həmin şəxs tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar “adam öldürməyə cəhd” maddəsilə cinayət işi başlanıb.