Cəlilabadda “Zəvvar” Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. Bu barədə Report 19 oktyabr tarixində xəbər verib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib ki, həmin şəxsdən istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.