Cəlilabad rayonunun Ləkin kəndində transformatorda yanğın olub. Bu barədə Report 16 yanvar tarixində xəbər verib.
Transformator tamamilə yanaraq yararsız hala düşüb.
Kənd sakinlərinin sözlərinə görə, nəticədə kəndin bir hissəsi işıqsız qalıb.
Bu gün aidiyyəti qurumlar tərəfindən yeni transformatorun quraşdırılacağı gözlənilir.