Dünən, aprelin 26-da şahmat üzrə Champions Chess Tour onlayn turnirinin birinci mərhələsinin 5-ci turunun oyunları keçirilib. Şəhriyar Məmmədyarov Aniş Giriyə 3,5:2,5 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu, turnirdə Şəhriyarın 2-ci qələbəsidir. Digər oyunlarda Van Forest Karlsenə, Lyem Le Dudaya, Pranyanandha isə Hansenə qalib gəlib. Beş turdan sonra 6 xal yığan Şəhriyar 6-7-ci yerləri bölüşdürür. Bu gün şahmatçımız niderlandlı Yorden Van Forestlə qarşılaşacaq.
Turnir aprelin 28-nə qədər davam edəcək. Yarışın mükafat fondu 210 min dollar təşkil edir.