Henan Mine Crane Co.Ltd. şirkəti əməkdaşları ilə yeni oyun keçirib. Qaydalara görə, şirkət işçiləri məhdud vaxt ərzində 60 milyon (8,4 milyon dollar) yuan pulu saymalı olublar.
İşçilər 30 nəfərlik komandalara bölünüb və hər komanda sayım üçün iki sürətli həmkarını seçib. İştirakçılardan biri 15 dəqiqə ərzində 100 min yuan (14 min dollar) saya bilib.
Qeyd edək ki, 2024-cü ildə şirkət tikinti kranlarının satışından 260 milyon yuan qazanıb.
Şirkətin prezidenti müsabiqənin təkcə qazanc deyil, həm də işçilərin güzəranını yaxşılaşdırmaq məqsədi daşıdığını bildirib.
İş adamı, həmçinin şirkətin nə borcu, nə də bank krediti olduğunu vurğulayıb.