Çinin Tszyansi əyalətində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 39 nəfər ölüb. Bu barədə İnsanoid Xarici KİV-lərə istinadən bu gün, 24 yanvar tarixində xəbər verir.
Hadisə yanvarın 24-də Tszyansi əyalətinin Sinyuy şəhərində baş verib. Axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisənin şəraiti və səbəbi araşdırılır.
Yanğın qurbanlarının artacağı ehtimal olunur.