Çində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 135-ə yüksəlib.
Bu barədə 21 dekabr tarixində Report Çin Mərkəzi Televiziyasına istinadən məlumat verib.
Televiziya diqqətə çatdırıb ki, 113 nəfər şimal-qərbdəki Qansu əyalətində, daha 22 nəfər qonşu Sinxay əyalətində ölüb. Əyalət Fövqəladə Hallar İdarəsi bildirib ki, regionda 12 nəfər itkin düşüb.