Dünyanın 20-dən çox ölkəsi Çinin Ukrayna münaqişəsinin həlli planını dəstəkləyir. Bu barədə APA 5 iyun tarixində xəbər verib.
Çinin xarici işlər naziri Vanq İ bildirib ki, həm Rusiya, həm də Ukrayna münaqişənin siyasi həlli prinsiplərinin “məzmununun əksəriyyətini” ayrı-ayrılıqda təsdiqləyiblər.
Sənəd həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan beynəlxalq konfransın çağırılmasını nəzərdə tutur. Bu plan “Kiyev sülh planı”na alternativ olmalıdır.
Van İnin sözlərinə görə, ümumilikdə 45 ölkə təklif olunan ideyalara müsbət yanaşır.