Culfada evlərin birindən 6 min manat dəyərində qızıl-zinət oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə 7 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən bildirilib.
Avqustun 2-də Culfa şəhərindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakinləri: Azər Səfərov, Vasif Həşimov və Kamran Əliyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.