Daha 152 işsiz şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Bu barədə 25 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Hazırlıq kursları 11 peşə üzrə keçirilir. Bunlar qənnadıçı, şirniyyatçı, alətçi - çilingər, dayə, mobil telefonların təmiri ustası, minaaxtaran, bağban və s. peşələr üzrədir. Kursun sonunda imtahanlardan uğurla keçən şəxslərə sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.
Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də veriləcək.