Danimarka “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstana 4 illik hərbi yardımı dayandırıb. Bu barədə İnsanoid "Mtavari" telekanalına istinadən bu gün, 30 iyul tarixində xəbər verir.
Bu, Danimarka Xarici İşlər Nazirliyinin məktubunda bildirilib.
Krallıq 2023-cü ildə Gürcüstana hərbi yardım göstərməyə başlayıb, büdcə 71,5 milyon Danimarka kronu (təxminən 10,376 milyon ABŞ dolları) təşkil edib.
Məktubda bildirilir ki, Danimarka Gürcüstan hökumətini Avro-Atlantik məkana qayıtmağa və Avropa İttifaqının islahatlar proqramına əməl etməyə çağırır.
Deputatın sözlərinə görə, bu vəziyyət Gürcüstanın nüfuzuna xələl gətirir, suverenliyinə və ərazi bütövlüyünə ciddi çağırışdır.