Daşkəsən rayonunda internetin verilməsində fasilə yaranıb. Bu barədə Report 18 noyabr tarixində xəbər verib.
Artıq bir neçə saatdır Daşkəsəndə internetin verilməsi dayanıb.
Məlumata görə, "Azəronline" internet provayderində problem yaranıb. Hazırda yaranmış problemin həlli istiqamətində işlər görülür.
Nasazlıq aradan qaldırıldıqdan sonra internetin verilməsi gözlənilir.