Dövlət İmtahan Mərkəzi tərəfindən 30 aprel və 1 may tarixlərində keçiriləcək buraxılış imtahanlarında 44 mindən çox şagird iştirak edəcək. Bu barədə aprelin 28-də mərkəzdən məlumat verilib.
İmtahan saat 11:00-da başlayacaq. İmtahan respublikanın 22 şəhər və rayonunda keçiriləcək. Ümumilikdə 207 imtahan binası, 3413 imtahan zalı ayrılıb.
Aprelin 30-da keçiriləcək imtahanda 24 864, mayın 1-də keçiriləcək imtahanda isə 19 278 nəfərin iştirakı nəzərdə tutulur.