top
DİN Aşura günü ilə əlaqədar əhaliyə müraciət edib
22 iyul 2023, 06:18
- ↺ +

DİN Aşura günü ilə əlaqədar əhaliyə müraciət edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daxili İşlər Nazirliyi Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib. Bu barədə İnsanoid bu gün, 22 iyul tarixində DİN-ə istinadən məlumat verir.

Müraciətdə deyilir:

"Əziz həmvətənlər!

Məlum olduğu kimi, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən, bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, mərasim iştirakçılarının təhlükəsizliyinin, həmçinin yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bütün lazımi tədbirlər görülür.

Bu baxımdan iyulun 19-dan başlayan məhərrəm ayında, o cümlədən iyulun 28-nə təsadüf edən Aşura günündə hər bir şəxsin məscidlərə rahat gediş-gəlişi və dini ayinləri sərbəst, maneəsiz icra etməsi üçün polisin gördüyü işlərə dəstək vermənizi, eyni zamanda dini mərasimlərdə yetkinlik yaşına çatmayanların iştirakının tövsiyə olunmadığını nəzərə almanızı xahiş edirik.

Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin, bütövlükdə cəmiyyətin dinc həyatının qorunmasına xidmət edən bu müraciəti anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq".

Son xəbərlər

Yerli xəbərlər
Dünən, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Dünən, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Dünən, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Dünən, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Dünən, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Dünən, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Dünən, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
09 noyabr 2026, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
09 noyabr 2026, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
09 noyabr 2026, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
09 noyabr 2026, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
09 noyabr 2026, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
09 noyabr 2026, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
09 noyabr 2026, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
09 noyabr 2026, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
09 noyabr 2026, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
09 noyabr 2026, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
09 noyabr 2026, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
09 noyabr 2026, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
09 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
09 noyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər