Göyçayda toy karvanında avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb. Bu barədə İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayon sakini Qəzənfər Əmirov idarə etdiyi “Lexus” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olmaqla kobud şəkildə pozaraq, ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Həmin görüntülər sonradan sosial şəbəkələrdə paylaşılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
O, məhkəmənin qərarı ilə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.