Avqustun 12-də və 13-də ölkə ərazisində qeydə alınan 101 cinayətin açılması təmin olunub. Bu barədə 14 avqust tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.