İyulun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 104 cinayətin açılması təmin olunub. Bu barədə 10 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.