Müasir dövlətçiliyimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Nazirliyin rəhbər heyəti və Daxili Qoşunların bir qrup hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət ediblər.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 12 dekabr tarixində məlumat verir.
Ulu öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.