Avqustun 28-də ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub. Bu barədə 29 avqust tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.