Polis əməkdaşları ötən gün vətəndaşlardan 7 avtomat, 17 tüfəng götürüblər. Bu barədə 18 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bundan başqa, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 ədəd patron darağı və 675 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Həmçinin, yanvarın 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 3 ədəd tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.