İyulun 7-də ölkə ərazisində qeydə alınan 58 cinayətin üstü açılıb. Bu barədə 8 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Axtarışda olan ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.