Avqustun 24-də ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub. Bu barədə 25 avqust tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Axtarışda olduğuna görə ümumilikdə 145, o cümlədən borclu şəxs qismində axtarışda olan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.