Şəkidə Baş Göynük kəndinin bələdiyyə sədri cəzalandırılıb. Bu barədə 10 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Baş Göynük kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı müəyyən olunub.
Bu səbəbdən kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub və baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.
[gallery link="file" columns="4" size="full" ids="125157,125160,125161,125158"]