Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə 27 iyul tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyinindən məlumat verilib.
Rayonun Kərimbəyli kənd sakini Eldar Səmədovun üzərindən narkotik maddə olan heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. O, əvvəllər də narkotiklərə görə məhkum olunub.
Saxlanılan şəxsin yaşadığı ünvandakı yardımçı tikilidən isə 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.