Direktorların işə qəbulu üzrə nəticələr açıqlanıb. Bu barədə İnsanoid 19 iyul tarixində Elm və Təhsil Nazirliyinə istinadən məlumat verir.
6 iyul tarixində keçirilən imtahanların nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Ümumilikdə imtahanda 1 524 nəfər iştirak edib. Birinci mərhələdə - test imtahanında sualların yarısından çoxuna düzgün cavab verən 716 namizəd növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. İkinci mərhələdə namizədlər esse yazacaqlar.