Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 13 fevral tarixində məlumat verir.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Ötən gün də dumanlı hava şəraiti ilə əlaqədar olaraq, Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi saat 21:00-dək 20 km/saat aşağı salınmışdı.