Aprelin 29-da Laçında minaya düşən şəxs vəfat edib. Bu barədə Oxu.az məlumat yayıb.
Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında dünyasını dəyişib.
İlkin məlumata görə, P. Salahov ailəli idi və bir övladı var.
Qeyd edək ki, o, Laçın rayonunun Səfiyan kəndi ərazisində təmir işləri görərkən piyada əleyhinə minaya düşmüşdü.